Bak sakinlərinə qarşı dələduzluq edən şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində may-avqust aylarında Bakı şəhər sakinləri - Nuranə Əliyevadan 2000, İlahə Paşayevadan 1000, Nurlana Nəcəfovadan 1500, Mahnur Nəcəfovadan 2500, Rasim Mütəllimovdan 1500, Humay Babayevadan 1500, Gülnarə Kərimovadan 1600, Zümrüd Vəliyevadan 1200 manat, Elnur Cəfərovdan isə səkkiz ədəd noutbuk alıb qaytarmamaqla dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Mirsamil Seyidbəyli tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB