Qadının qızıl sevdası onu oğru etdi

Qadının qızıl sevdası onu oğru etdi

Salyanlı qadın Şirvan şəhərində mağazadan oğurluq edib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini Mətanət Mehdiyeva tutulub.

M.Mehdiyeva dekabrın 19-da Şirvan şəhərində Şahin Hüseynova məxsus mağazadan 1400 manat dəyərində qızıl əşyalar oğurlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə