Sabunçuda istixana yandı

Bakının Sabunçu rayonunda vətəndaşa məxsus həyətyanı sahədə tikilmiş ümumi sahəsi 150 kv.m olan istixanada yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə istixananın yanar konstruksiyaları və 150 kv.m sahədə qamışlıq sahə, qonşu evin həyətyanı sahəsində 150 kv.m sahədə qamışlıq sahə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə