Moskva polisinin əlinə şəhər banklarından birində dələduzun saxta pasport vasitəsilə 1 milyon ABŞ dolları çıxardığı görüntülər keçib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə dekabrın 12-də baş versə də, dələduzluq əməlindən yalnız bu həftənin ilk günlərində xəbər tutulub. Belə ki, cinayətkar "Promsvyazbank"ın Dolqorukovski şöbəsinə gələrək, tanınmış biznesmen, plastik qablar istehsal edən şirkətin sahibi Aleksandr Şişovun hesabından 1 milyon dollar çıxarmağa nail olub.
Qeyd olunur ki, dələduz cinayət zamanı özünü təmkinli aparıb. Digər tərəfdən polis bildirib ki, cinayətkar zahiri baxımdan Aleksandr Şişova çox bənzəyir. Dələduz və digər cinayət iştirakçılarının həmin əməlləri yalnız 3 gün sonra ifşa olunub. Bankın əməkdaşı ABŞ-da yaşayan buznesmenlə telefon əlaqəsi saxlayaraq, onun həmin bankdan 1 milyon dollar çıxarmasını dəqiqləşdirmək istəyib. Lakin hesab sahibi bildirib ki, o ümumiyyətlə dekabr ayında Moskvada olmayıb.
"Vesti-Moskva" telekanalından isə bildirilir ki, hazırda bankda xidməti yoxlama aparılır. Polis dələduzların tapılaraq, istintaqa cəlb olunması üzrə axtarışlarını davam etdirsə də hələlik heç bir müsbət nəticə əldə olunmayıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB