Külli miqdarda narkotik tapıldı

Cəlilabad sakinləri tapdıqları külli miqdarda narkotik maddəni hüquq-mühafizə orqanlarına təhvil verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində kənd sakinləri Ayaz Mirzəyev və Rövşən Mirzəyev təsərrüfat işləri ilə məşğul olarkən 4 kiloqram 939,9 qram tiryək, 19,38 qram heroin və 4 kiloqram 600 qram marixuana tapıb və Dövlət Sərhəd Xidmətinin (DSX) oradakı zastavasına təhvil veriblər. DSX-nin əməkdaşları tərəfindən araşdırmalar aparılıb və toplanan materiallar Baş Prokurorluğa göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə