bakıda bir nəfər mənzilində köməksiz vəziyyətdə qalıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər mənzilin giriş qapısını açaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:42-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB