Abşeronda yol qəzası can aldı EKSKLÜZİV

Abşeronda yol qəzası can aldı EKSKLÜZİV

Abşeron rayonunu Saray qəsəbəsində bir nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, "Hundai" markalı avtomobillə, Vaz 21 011 markalı maşın toqquşub. Hadisə nəticəsində Vaz 21 011 markalı avtomobil işıq dirəyinə çırpılıb və sürücü elə hadisə yerindəcə dünyasını dəyişib. Mərhumun meyidini hələ ki, maşından çıxarmaq mümkün olmayıb.

Hadisə şahidlərinin sözlərinə görə, hadisəyə yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə