Eks-deputat ağır yol-nəqliyyat hadisəsində YARALANDI-FOTO

Eks-deputat ağır yol-nəqliyyat hadisəsində YARALANDI-FOTO

Bakının "Azadlıq" meydanı yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. SİA-ya daxil olan məlumata görə, BMW və Mitsubishi Pajero avtomobillərinin toqquşması nəticəsində Mitsubishi Pajero aşaraq, yararsız hala düşüb.

Qeyd edək ki, aşan maşını idarə edən Milli Məclisin keçmiş deputatı Əliməmməd Nuriyev olub. O, ətrafdakı şəxslərin yardımı vasitəsilə aşan avtomobildən çıxarılıb.

Eks-deputat başından zədələr alıb. Vəziyyəti qənaətbəxşdir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə