20 gün öncə bıçaqlanmış Lənkəran sakini xəstəxanada ölüb

20 gün öncə bıçaqlanmış Lənkəran sakini xəstəxanada ölüb

Lənkəranda 20 gün əvvəl bıçaqla ağır yaralanmış şəhər sakini vəfat edib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, 39 yaşlı Eyvaz Bəylər oğlu Paşayev ötən gecə Bakıda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Məlumata görə, onun ölmündə təqsirli bilinən Lənkəran şəhər sakini, 27 yaşlı Adil Aydın oğlu Ağayev isə şübhəli şəxs qismində yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Qeyd edək ki, noyabrın 28-də axşam saatlarında Lənkəran şəhəri ərazisində bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanmış Elnur Paşayevi ağır vəziyyətdə ona məxsus "Hunday" markalı, 10 OV 434 dövlət nömrə nişanlı minik avtomobilinin salonunda aşkarlayan yaxınları dərhal onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Ağır qanaxma diaqnozu ilə xəstəxanaya qəbul olunan E. Paşayev dərhal əməliyat edilsə də, vəziyyəti ağırlaşıb. Daha sonra o, Bakıdakı xəstəxanalardan birinə göndərilib. Müalicəyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə