Keçmiş məhkumlar yenidən həbsxanaya qayıtdılar

Keçmiş məhkumlar yenidən həbsxanaya qayıtdılar

Cibgirlikdə şübhəli bilinənlər tutulublar. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi və Xətai RPİ Cinayət Axtarış Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cibgirlikdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Qamət Qəhramanov, Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Kamal Fərhadov tutulub. Şübhəli şəxslər - Q.Qəhramanovdan 0,160 qram heroin, K.Fərhadovdan 0,163 qram heroin aşkar olunaraq götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə