Metro dələduzları tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsinin Cinayət Axtarış Qrupu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, martın 4-də metronun "Neftçilər" stansiyasında Şəki rayon sakini Maral Əhmədovanın əl çantasından, mayın 3-də 100 saylı xətt avtobusunda Bakı şəhər sakini, Yusif Əliyevin , dekabrın 6-da metronun "Koroğlu" stansiyasında Bakı şəhər sakini, Tərlan Kərimovanın, dekabrın 8-də metronun 28 May stansiyasında Bakı şəhər sakini, Həmid Rəhimlinin mobil telefonlarını ciblərindən oğurlmaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Cavid Hüseynov tutulub. Şübhəli şəxs ətrafında keçirilən araşdırmalarla müəyyən olub ki, o, dekabrın 8-9 tarixlərində metronun "28 May" stansiyasında Bakı şəhər sakinləri - Şamil Mehdiyevin və Nərmin Mürsəlovanın da mobil telefonlarını oğurlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB