ARDNŞ əməkdaşı ürək tutmasından dənizə düşdü öldü

ARDNŞ əməkdaşı ürək tutmasından dənizə düşdü öldü

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqaztikinti" trestinin 4 saylı Tikinti quraşdırma idarəsinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə 6-cı dərəcəli elektrik montyoru Məhərrəmov Simran Qarakişi oğlu dekabrın 14-də saat 10:30 radələrində "Neft Daşları" ilə Civanov adası - 1741 saylı estakadayanı meydançanın arasındakı obyektdə ona tapşırılmış işi yerinə yetirib qayıdarkən həmin meydançanın yaxınlığında özünü pis hiss edərək məhəccərdən tutub dayanmış və müvazinətini itirərək dənizə düşüb. SİA-nın ARDNŞ-ın rəsmi saytına istinadaən verdiyi xəbərə görə, əynində xilasedici gödəkcə olduğuna görə suyun üzərində qalan S.Məhərrəmov dərhal sudan çıxarılıb və onun vəfat etdiyi məlum olub. "Neft Daşları" tibbi sanitar hissəsinin həkimləri tərəfindən onun ürək tutmasından vəfat etdiyi bildirilib. Onun meyiti vertolyotla sahilə çıxarılaraq ölümünün səbəblərinin dəqiq müəyyənləşdirilməsi üçün həkim tibbi ekspertizasına aparılıb. Tibbi ekspertizanın verdiyi ilkin rəyə görə mərhum ürək çatışmazlığından vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə