Avtomobil ehtiyyat hissələri oğurluğunda şübhəli bilinənlər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Xətai RPİ Cinayət Axtarış Şöbəsi 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 9-na keçən gecə, Sadıqcan küçəsində Bakı şəhər sakini, Seyfulla Quliyevə məxsus mağazadan açarseçmə yolu ilə avtomobil ehtiyyat hissələri oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini, 1981-ci il təvəllüdlü Rəşad Xankişiyev və Sabirabad rayon sakini, 1991-ci il təvəllüdlü Babək Abdullazadə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB