Bakıda qəza tıxac yaratdı FOTO

Paytaxtda ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, Xətai rayonu, "Nobel" prospektində qırmızı rəngli "VAZ 2107" markalı avtomobillə "Hyundai" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində "VAZ 2107" markalı avtomobil hərəkət istiqamətini dəyişib. Belə ki, toqquşmadan sonra həmin nəqliyyat vasitəsi yol kənarındakı səkiyə dəyərək yolun ortasına çıxıb. Hər iki avtomobilə ciddi ziyan dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, baş vermiş qəzada günahkar "VAZ 2107" markalı avtomobilin sürücüsü olub. İlkin ehtimala görə, "VAZ 2107" markalı nəqliyyat vasitəsinin sürücüsü anidən "Hyundai" markalı avtomobilin qarşısına çıxıb.

Qeyd edək ki, sözügedən hadisə səbəbindən "Nobel" prospektində tıxac yaranıb.

Bütün xəbərlər Facebook səhifəmizdə