DİN Lənkəranda baş verən partlayışın təfərrüatlarını açıqladı

DİN Lənkəranda baş verən partlayışın təfərrüatlarını açıqladı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda təbii qazın sızmasından baş vermiş partlayışla bağlı rəsmi məlumat yayıb. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 11-də saat 08 radələrində Lənkəranın Liman şəhəri, M.Ə.Sabir küçəsində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə evin divarında çatlar əmələ gəlib, pəncərə şüşələri sınıb, qapı çərçivədən çıxıb. Yanıq xəsarəti almış İ.Zərbiyev, arvadı Elnarə, qızları Aytac, Nərmin və oğlu Kənan xəstəxanaya yerləşdiriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə