Kəlbəcərdə zəlzələ olub

Azərbaycanın Kəlbəcər rayonunda zəlzələ baş verib. SİA-nın AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən məlumat verir ki, ilkin məlumatlara əsasən, zəlzələ saat 07:26-da Şahbuzdan 58 km şimal-şərqdə - Kəlbəcər ərazisində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3 bal, dərinliyi 9 km olub.

Yeraltı təkanlar hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə