Lənkəranda bir ailənin 4 üzvü zəhərləndi

Lənkəranda bir ailənin 4 üzvü zəhərləndi

Zəhərlənmə hadisəsi ötən gecə Lənkəran rayonun Şağlakücə kəndində qeydə alınıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, kənd sakini 45 yaşlı Təyyar Canəli oğlu Bədəlova məxsus fərdi yaşayış evində baş verən hadisə zamanı 4 nəfər dəm qazıdan zəhərlənib. Zəhərlənənlər, ev sahibi ilə yanaşı, 80 yaşlı anası Şabacı Hacıvəli qızı Bədəlova, həyat yoldaşı Mehparə Şakir qızı Bədəlova və 13 yaşlı oğlu Babək Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə ailə üzvlərinin üçünün vəziyyətinin ağır, uşağın vəziyyətinin nisbətən normal olduğu bildirilir. Hadisənin yaşayış evində istifadə olunan qaz peçindən sızma nəticəsində baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə