Axtarışda olan 9 nəfər tutulub

Bakı Polisi tərəfindən axtarışda olanlar saxlanılıb Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Suraxanı RPİ, Xətai RPİ, Xəzər RPİ Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbələrinin əməkdaşları tərəfindən borclu kimi axtarışda olanlar, müvafiq olaraq, 1985-ci il təvəüllüdlü Vüsal Əliyev, 1975-ci il təvəllüdlü Aqil Əhmədov, 1983-cü il təvəllüdlü Alim Nəsirov, 1979-cu il təvəllüdlü Aqşin Abdullayev, Binəqədi RPİ 6-cı PB, Qaradağ RPİ 11-ci PB, Sabunçu RPİ-13-cü PB, Suraxanı RPİ-31-ci PB, Xətai RPİ Cinayət Axtarış Şöbəsi və 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, müvafiq olaraq, CM-nin 178-ci maddəsi ilə axtarışda olan, 1967-ci il təvəllüdlü Rafiq Əliyev, CM-nin 306-cı maddəsi ilə axtarışda olan 1979-cu il təvəllüdlü Bəxtiyar Şahməmmədov, CM-nin 177-ci maddəsi ilə axtarışda olan 1987-ci il təvəllüdlü Xalid Kərimov, CM-nin 185-ci maddəsi ilə axtarışda olan 1972-ci il təvəllüdlü Rasim Rzayev, CM-nin 221-ci maddəsi ilə axtarışda olan 1986-təvəllüdlü Rüstəm Zadayev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə