Metroda sərnişinin cibindən mobil telefonunu oğurlayan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Bakı Metropolitenində Polis Şöbəsi Cinayət Axtarış Qrupu əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 20-də metronun Nizami stansiyasında Bakı şəhər sakini, İlqar Yusifzadənin mobil telefonunu cibindən oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü Rəşad Lətifov tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB