Masallıda yanğın olub

Masallıda yanğın hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Bədəlan kənd sakini, 1970-ci il təvəllüdlü Saday Məcidova məxsus iki mərtəbəli, 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Onların səyi nəticəsində yanğının qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 308 kv.m olan ev 75 kv. m. ərazidə yanıb.

İlkin versiya kimi hadisənin elektrik naqillərində baş verən qısaqapanmadan baş verdiyi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə