Azərbaycanda son 3 gündə dəm qazından üç nəfər boğularaq ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 8-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Mənsurə Nuriyeva, dekabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Nadejda Zulitova-Loxonova, dekabrın 10-da Sumqayıt şəhərində yaşayan Samirə Zərbəliyeva mənzillərində dəm qazından boğularaq ölüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB