17 yaşlı qız da oğurluq etdi

Məktəblinin çantasından oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 14-də günorta saatlarında Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Aysel Orucovanın məktəbli çantasından mobil telefonu oğurlamaqda şübhəli bilinən şəxs - Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Mehriban Həmdəmova müəyyən olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə