61 cinayət faktından 24-nün üstü “isti izlər”lə açılıb

61 cinayət faktından 24-nün üstü “isti izlər”lə açılıb

Dekabrın 8-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 61 cinayət faktından 24-nün üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında qeydə alınan 6 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 36 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə