/Cəbhə xəttində gərgin vəziyyət davam edir. Qazax istiqamətində itki olub. Bu dəfə içərisində hərbçilərimizin olduğu avtomobil minaya düşüb. Hərbiçilərin minaya düşməsi hadisəsi Qazax rayonun Bala Cəfərli kəndi ərazisində qoşunların təmas xəttinə yaxın bir ərazidə baş verib:
"Belə ki, hərbi maşının minaya düşməsi nəticəsində Qazax rayonundan həqiqi hərbi xidmətə çağırılan və Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət keçən kiçik çavuş Qoşqar Qurbanov həlak olub. O, Qazaxın Fərəhli kəndindəndir. 34 yaşlı Qoşqar Qurbanov iki uşaq atasıdır. Eyni zamanda minaya düşən həmin hərbi maşında digər bir əsgər də olub. Bu Eşqin Şahvələdovdur. Eşqin Şahvələdov hadisə nəticədə çoxsaylı bədən xəsarətləri alıb. O, təcili olaraq hərbi hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hazırda yaralı əsgərin vəziyyəti kafidir".anspress
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB