Ev partladı 4 nəfər xəsarət aldı

Ev partladı 4 nəfər xəsarət aldı

Bakıda yaşayış evində baş verən partlayış olub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 7-də saat 18 radələrində Suraxanı rayonunun Zığ qəsəbəsində baş verib. Qəsəbədə yaşayan Seyran Cahangirovaya məxsus evin zirzəmisində təbii qazın sızmasından yanğına keçən partlayış baş verməsi nəticəsində evə ziyan dəyib, yanıq xəsarətləri alan S.Cahangirov və qohumları Cavid Cahangirov, Cabir Cahangirov və Zamid Hüseynov xəstəxanaya yerləşdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə