2 nəfər dəm qazından boğuldu

Dəm qazı daha iki nəfərin həyatına son qoyub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 7-də Binəqədi rayonu ərazisində yaşayan Çimnaz Şaşayeva və Biləcəri qəsəbəsində yaşayan Qətibə Ələsgərova evində dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə