Ölkə ərazisində bir neçə yanğın hadisəsi baş verib

Ölkə ərazisində bir neçə yanğın hadisəsi baş verib

Bu gecə ölkə ərazisində bir neçə yanğın hadisəsi müşahidə edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Abşeron rayonunda tikintisi başa çatmamış ikimərtəbəli ümumi sahəsi 200 kv.m olan evin 2-ci mərtəbəsinin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

***

Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 17 kv.m olan ərzaq mağasının lambirdən ibarət tavanı və 2 kv.m sahədə ərzaq malları yanıb. Mağazanın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın saat 04:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında döşəmə 1 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə