20 yanvar küçəsində yerləşən uşaq dükanından “Samsung Galaxy“ markalı telefon oğurlanıb
Dünən saat 18:00 radələrində Nəsimi rayonu 4-cü mikrarayon 20 yanvar küçəsində yerləşən uşaq dükanından "Samsung Galaxy" markalı telefon oğurlanıb.
Dükanın sahibi Nurlan Nərimanov İnterAz-a bildirib ki, dükanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınan görüntülərdə 2 nəfər gənc oğlan dükana daxil olub. Onlar ətrafa bir müddət nəzər gəzdirdikdən sonra dükanın kassa aparatı olan yerindən "Samsung Galaxy" markalı telefonu oğurlayaraq oradan uzaqlaşıblar. Baş verən hadisə anbaan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB