38700 manatı oğurlayanlar tutuldu

38700 manatı oğurlayanlar tutuldu

Oğurluqda şübhəli bilinənlər tutulublar. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ-22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 4-də gecə saatlarında S.Rəhimov küçəsində yerləşən çay evində Bakı şəhər sakini Əli Vəliyevə məxsus içərisində 38700 manat olan bağlamanı oğurlamaqda şübhəli bilinən, Ağdaş rayon sakinləri – 1992-ci il təvəllüdlü Mircavad Məsumi və 1990-cı il təvəllüdlü Cavid Yusifov tutulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə