Ərzaq mağazası yandı 3 avtomobilə ziyan dəydi

Ərzaq mağazası yandı 3 avtomobilə ziyan dəydi

Bu gecə Bakı şəhəri, Suraxanı rayonunda yanğın baş verib. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları, içərisinə yığılmış mallar, mağazanın yaxınlığında dayanmış ayrı-ayrı vətəndaşlara məxsus "Mercedes" markalı minik avtomobilin 2 sol arxa qapısının üzlüyü, "Changan" markalı minik avtomobilinin mühərrik hissəsi, "Cerry" markalı avtomobilin isə sol arxa qapısının üzlüyu yanıb.

Avtomobillərin qalan hisəsi yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə