Paytaxtda 5 nəfərə qarşı cinayət törədən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Binəqədi rayonunda oğurluq etdiklərinə görə tutulan Rəhman Məmmədov və Samir Yadigarovun ətrafında aparılan istintaq tədbirləri nəticəsində onların bir neçə cinayət əməli ortaya çıxıb. Belə ki, onların Cəfər Cəfərov və Qəşəm Alıyevə qarşı quldurluq etdikləri, Məlahət İsayeva, İlahə Talıbovaya Cəmilə İsmayılovanın sənədlərini soyğunçuluq yolu ilə almaları müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB