İtkin düşən 78 yaşlı kişi tapıldı

İtkin düşən 78 yaşlı kişi tapıldı

Bakıda itkin düşən 78 yaşlı kişi tapılıb. Bakı şəhər Baş Polis İdarəsindən SİA- ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 7-də günorta saatlarında A.Məhərrəmov küçəsində itkin düşən, 1936-cı il təvəllüdlü Adil Cabbarovun tapılaraq, yaşadığı ünvana qayıtması təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə