Dəm qazı daha 2 can aldı

Azərbaycanda dəm qazı daha iki nəfərin həyatına son qoyub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 1-də Xətai rayonunun NZS qəsəbəsində yaşayan Murad Muradov və Sumqayıt şəhərində yaşayan Dərxurə Dadaşova mənzillərində dəm qazından zəhərlənərək ölüblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə