“Mercedes”lə “Kamaz” toqquşdu 4 nəfər sıxılmış vəziyyətdə qaldı

“Mercedes”lə “Kamaz” toqquşdu 4 nəfər sıxılmış vəziyyətdə qaldı

Salyan şəhəri ərazisində "Mercedes" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobili toqquşub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nəticədə, "Mercedes" markalı avtomobilin sürücüsü və 3 nəfər sərnişini xəsarət alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər yaralıları nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:59-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə