Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, dekabrın 1-də saat 02:10 radələrində, Kürdəxanı qəsəbəsində Bakı şəhər sakinləri 1989-cu il təvəllüdlü Böyükağa Zeynalovun idarə etdiyi VAZ 2106 markalı və 1991-ci il təvəllüdlü Şəhriyar Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə, B.Zeynalovun sərnişini, 1993-cü il təvəllüdlü Orxan Təhməzov hadisə yerində olub. Sürücü B.Zeynalov və digər sərnişini 1993-cü il təvəllüdlü Rayət Ramazanov, "Hyundai" markalı avtomobilin sürücüsü Ş.Əliyev xəsarətlə xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 15-ci PB –də araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB