Ağdaşda su quyusuna düşən at xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Ağdaş rayonu, Qaradağlı kəndində su quyusuna at düşməsi barədə məlumat daxil olub.
Yanğınsöndürən-xilasedicilər atı su quyusundan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB