Fırıldaqçılardan ehtiyatlı olun!

Köhnə təkərləri təzə adı ilə satanlar peyda olub
Fırıldaqçılardan ehtiyatlı olun!

Sürücülər üçün maraqlı bir xəbərimiz var. Qiyməti ucuz olduğu üçün çoxları köhnə təkərlərdən istifadə edir. Ancaq fırıldaqçılar bu sahədə də insanları aldatmaq üçün yeni bir üsul tapıblar. Köhnə maşın təkərini bir neçə dəqiqədə yeni təkərə bənzədirlər. Ustalar köhnə təkər almaq istəyən vətəndaşlara xəbərdarlıq edirlər. Belə ki, yeni bir fırıldaq növü yaranıb bu sahədə. Köhnə təkər satan bəzi şəxslər təkərlərin üzərində olan izləri müxtəlif alətlərlə dərinləşdirir və onu yeni təkərin qiymətinə yaxın bir qiymətlə alıcılara satmağa çalışırlar .bəs bu şəxslərin tələsinə düşməmək üçün nələrə diqqət etmək lazımdır/Usta Emil Mirəliyev belə izah edir:

"Öncə təkərin görüntüsünə fikir vermək lazımdır ki, hər yeri eyni ölçüdə təhrif olunmalıdır. Bundan başqa normal təkərin üzərində xətlərin arasında bu çıxıntılar olur. Süni yolla iz açılan təkərlərdə o izlər olmur."

Digər usta Təbriz Məmmədov avtomobil sahiblərini diqqətli olmağa çağırır:

"İz açılan təkərlərdə bu uzun xətlər arasında kiçik izlər, bu işarələr olmur. Həm də təkər nazik olur. Bunu adi müştərilər çox vaxt bilməkdə çətinlik çəkirlər. Bundan başqa təkərlərin kənarındakı kiçik xətləri çəkə bilmir onlar ancaq iri xətləri aça bilirlər"

Sürücülərin bir qismi köhnə təkərlərdə iz salma fırıldağından xəbərdar olsalar da, bundan bixəbər olanlar da var.

Bütün xəbərlər Facebook səhifəmizdə