1 nəfər zəhərləndi

Abşeron rayonunda bir nəfər sirkə turşusundan zəhərlənib. SİA-nın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Hökməli qəsəbə sakini Məzahir Bayramov sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onun sirkə turşusunu qəsdən və ya bilməyərəkdən qəbul etdiyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə