Dənizdə köməksiz qaldılar

Salyanda dənizdə köməksiz qalan şəxslər xilas edilib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, 28 noyabr 2014-cü il tarixdə Salyan rayonu ərazisindən qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 2 balıqçı köməksiz vəziyyətdə qalıb. Dərhal FHN-in Aviasiya dəstəsinin dalğıc-xilasediciləri tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə