Azərbaycanda bir ailənin 4 üzvü pomidor turşusundan zəhərlənib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə noyabrın 27-də Ağcabədi rayonunun İmamqulubəyli kəndində qeydə alınıb.
Kənd sakinləri Leyla Zeynalova, oğlu Babək, qızı Aytən və qohumu Malik Zeynalov qidadan (pomidor turşusundan) zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB