Türkiyədə azərbaycanlı gənc itkin düşüb. SİA bu barədə İnterpolun saytına istinadən məlumat verir. Məlumata görə, Azərbaycan vətəndaşı, 23 yaşlı İmanov Elçin Bəkir oğlu Türkiyənin Hatay şəhərində yoxa çıxıb.
E. İmanovun özündən 3 yaş böyük qardaşı Həzi İmanov da 2013-cü ilin yayında Türkiyənin Hatay şəhərində itkin düşüb. Onun itkin düşməsi haqqında məlumatlar bu ilin yayında İnterpolun saytında yerləşdirilib.
Hazırda onların tapılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB