Ər və arvad dəm qazından zəhərləndi

Ər və arvad dəm qazından zəhərləndi

Gəncədə iki nəfər dəm qazından zəhərlənib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Mehman Məmmədov və onun həyat yoldaşı, 1990-cı il təvəllüdlü Nərmin Məmmədova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Tibbi yardım göstərildikdən sonra onların səhhəti normallaşıb.

Araşdırma zamanı məlum olub ki, M. Məmmədov və N. Məmmədova yaşadıqları evdə vanna otağında olarkən dəm qazından zəhərləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə