İrandan Azərbaycana narkotik keçirmək istədi FOTOLAR

İrandan Azərbaycana narkotik keçirmək istədi FOTOLAR

Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. DSX-nin Mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, əməliyyat zamanı ümumi çəkisi 10 kq 800 qram olan narkotik vasitə tutulub.

Noyabrın 17-də həyata keçirilmiş qabaqlayıcı əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən Azərbaycana gətirilən 5 kq tiryək və 5,8 kq marixuana dövriyyədən çıxarılıb.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə