Ov tüfəngindən açılan atəş rayon sakinini üz nahiyyəsindən yaralayıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Masallı rayonunun Xırmandalı kəndində qeydə alınıb. Kənd sakini 37 yaşlı Qaraş Kərimov örüş sahəsində mal-qarasını axtaran zaman ov etmək məqsədilə atəş açıb. Tüfəngin açılmadığını görən Qaraş Kərimov nasazlığı aradan qaldırmaq istəyərkən qəfildən alışmağa başlayan patron onun əlində partlayıb. Partlayış zamanı patron arxadan açılaraq gözaltı nahiyəsinə dəyib və ağız boşluğunun sərt damağını deşərək içəri nüfuz edib.
Yaralı dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Lakin yerli həkimlərin syərinə baxmayaraq patronu yaralının damağından çıxarmaq mümkün olmayıb.
Qaraş Kərimovun həyatını xilas etmək üçün paytaxt Bakıdan həkimlər çağırılıb. Onun yaxın saatlarda Bakıdakı xəstəxanalardan birinə köçürüləcəyi istisna edilmir.
Faktla bağlı rayonun hüququ mühfizə orqanlarında araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB