Yağış təhlükə törətdi vətəndaşlar köçürüldü

Yağış təhlükə törətdi vətəndaşlar köçürüldü

Noyabrın 25-ə keçən gecə Lənkəran şəhəri ərazisində yağan yağışlar nəticəsində, Lənkəran şəhərində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolmuş və vətəndaşların evdən çıxması çətinləşib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Keçirilmiş əməliyyat zamanı yağış sularının sakinlərə verə biləcək ziyan aradan qaldırılıb və 4 nəfər təhlükəsiz əraziyə köçürülüb.

Əməliyyat bu gün səhər saat 06:40-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə