Yaşayış evi yandı 1 nəfər öldü

Yaşayış evi yandı 1 nəfər öldü

Bu gün səhər Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzildə 1 ədəd divan 2 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğınsöndürənlər hadisə yerinin kəşfiyyatı zamanı ev sahibi 1938-ci il təvəllüdlü Koleknikov Viktor Vladimiroviçin yanmış meyiti aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə