Şəmkirdə baş verən qətlin təfərrüatları

Şəmkirdə baş verən qətlin təfərrüatları

Daxili İşlər Nazirliyi Şəmkirdə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 24-də Şəmkir şəhərində şəhər sakini Firuz Zamanova məxsus mağazaya gəlmiş şəxsiyyəti məlum olmayan 2 nəfər münaqişə zəminində onu bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şiştəpə kənd sakinləri Laçın Məmmədov və Anar Qurbanov tərəfindən törədilməsi müəyyən edilib.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə