Şabranda silsilə qoyun oğurluğu ilə məşğul olan dəstənin üzvləri saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Şabran rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 15-də Şirin Müseyibovun həyətindən 4 baş qoyun oğurlayan Sumqayıt şəhər sakinləri - Ramil Səmədov, Vüsal Məmmədov, əvvəllər məhkum olunmuşlar Elxan Şahbazov və Mehman Məmmədov tutulublar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların noyabrın 15-də Seyidpəri Əlməmmədovanın həyətindən 4 baş qoyun, habelə oktyabr-noyabr ayları ərzində Şabran rayon sakinləri Feyruz Ağayevin 2 baş, Müseyib Əliyevin 2 baş və Tofiq Musayevin 4 baş qoyununu oğurlamaları da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB