Avtomobil piyadanı vuraraq öldürdü

Avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən xəbərə görə, noyabrın 20-də saat 19:30 radələrində, Heydər Əliyev prospektində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Yasin Nəbiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən piyada Şəki rayon sakini 1960-cı il təvəllüdlü Kənan Qasımovu vurub. Xəstəxanaya yerləşdirilmiş K.Qasımov orada ölüb. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə