Əsgərimiz şəhid oldu RƏSMİ

Azərbaycan Ordusunun əsgəri şəhid oldu. SİA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, noyabrın 20-də saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.
Düşmənlə atışmada Silahlı Qüvvələrimizin 1995-ci ildə Astara rayonunda anadan olan əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Bütün xəbərlər Facebook səhifəmizdə